Lənkəranda 4 kəndə qaz verildi

56

Sentyabrın 16-da Lənkəran rayonunun Osaküçə, Pambəyi, Tatoba və Sinovlu kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilmişdir.
Xalq.az AzərTAc xəbər verir ki, tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Bildirilmişdir ki, ümumilikdə 1050 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 34 min 176 metr uzunluğunda polietilen borularla daşıyıcı və 24 min 471 metr uzunluğunda polad borularla məhəllədaxili qaz xətləri çəkilmiş, 1050 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.