Lənkəranda aktiv seçki təbliğatına start verildi

 

17

Çavanşir Paşazadə “Azərabycan gəncliyi İlham Əliyevi seçib”

Sentyabrın 18-də Lənkəran şəhəri Boladi kəndində və Lımanı  qəsəbəsində      Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat qurupunun üzüvləri seçicilərlə görüşüb. Azərbaycan Respublikası Milli Məclisin deputatı Çavanşir Paşazadə görüşdə iştirak edib.

Xalq.az xəbər verir ki, O çıxışında Prezident İlham Əliyevin  10 il ərzində  gördüyü işlərdən danışıb, həyata keçirdiyi məqsədyönlü siyasətin əhalinin həyat səviyyəsində özünü göstərməsindən bəhs edib. Paşazadə bilidrib ki, hakim partiyanın namizədi cənab İlham Əliyev hər zaman xalqın xidmətində olan bir Liderdir. “Cənab İlham Əliyev hakimiyyətə olduğu 10 il müddətində ölkəmizin iqtisadiyyatı analoqu olmayan səviyyədə inkişaf edib. Sosial, iqtisadi, siyasi və digər sahələrdə həyata keçirilən islahatların bəhrəsi göz qabağındadır. Məhz Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən bu işlərin nəticəsidir ki, insanlarımızın rifahı getdikcə daha da yüksəlir”.

Millət vəkili daha sonra qeyd edib ki, bu gün ölkə əhalisi İlham Əliyevi dəstəkləyir. Xüsusən də gənclərin Cənab İlham Əliyevə dəstək verdiyini bildirib. “Ölkə gəncliyi İlham Əliyevə xüsusi rəğbət bəsləyir. Çünki Cənab Prezident onlar üçün lazım olan bütün şəraiti yaradıb və yaratmaqda davam edir. Onlara yeni iş yerləri açıb, daha yaxşı yaşamaları üçün zəıruri tədbirlər görüb. Məhz sadaladığım və sadalamadığım bu səbəblərdən gənclər bu seçkilərdə Ilham Əliyevi seçməyə qərar veriblər”.

Millət vəkili çıxışının sonunda bütün xalqı İlham Əliyevə səs verməyə və onun ətrafında daha sıx birləşməyə çağırıb.

Görüşdə  Boladi  kənd sakinləri birmənalı olaraq bəyan ediblər ki, oktyabrın 9-da hamısı bir nəfər kimi seçkilərə qatılacaq və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklər.

 

1113

15 16 21 20 220104020509