Mayın 9-da Lənkəran şəhərində alman faşizmi üzərində qələbənin 73-cü ildönümü təntənə ilə qeyd olunub.
XALQ.AZ xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında ümumrayon tədbiri keçirilib.
T.Qaraşov və tədbir iştirakçıları cəsur həmyerlimizin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra Həzi Aslanovun şəhərin mərkəzindəki ev-muzeyinə baş çəkən rayon rəsmiləri qəhrəmanın həyat və döyüş yolunu əks etdirən ekspozisiyalarla tanış olublar. Bayram şənliyi şəhərin mərkəzində yerləşən “Boranı” restoranında ziyafət stolu arxasında davam etdirilib.