Lənkəranda qadın qadını qətlə yetirib

XALQ.AZ xəbər verir ki, Lənkəranda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.  Anar Mahmudov küçəsi, 128 ünvanında 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə yetirilib. Hadisəni törədən G. Salayeva artıq polis tərəfindən saxlanılıb. Məlumata görə, S. Həsənova və G. Salayevanın hər birinin iki övladı var.

Elgün