Lənkəranda seçicilərlə növbəti görüş keçirildi

03

Cavanşir Paşazadə: «Azərbaycan İlham Əliyevin rəhbərliyi altında sürətli iqtisadi inkişafa davam edəcək»

 

Yeni Azərbaycan Partiyası prezidentliyə namizədi İlham Əliyevin aktiv təbliğatını davam etdirir. Cənub bölgəsində həyata keçirilən təbliğat kampaniyasında ən aktiv yerlərdən birini isə Lənkəran rayonu tutur.

Xalq.az xəbər verir ki, bugün Lənkəran rayonunun Vilvan, Şağlaser və Zövlə kəndlərində seçicilərlə görüşlər keçirilib. Görüşdə YAP-ın üzvü, millət vəkili Cavanşir Paşazadə də iştirak edib. Paşazadə bəyan edib ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq xalqın bütün nümayəndələri ilə görüşlər keçirərək, onların dəstəyini qazanırlar. «Bizim namizədin alternativi yoxdur. Cənab İlham Əliyev hakimiyyətdə olduğu 10 il müddəti ərzində ölkəmiz üçün çox böyük işlər görüb və görür. Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, insanlarımızın rifahı daha da yüksəlir. Bu gün dünyanın ən aparıcı ölkələri belə inkişaf səviyyəsinə görə Azərbaycana qibtə edir. Bunu cənab Prezident də çıxışında bildirib ki, bir çox dövlətlər Azərbaycanın sürətli inkişafından xəbərdardırlar və bu prosesə maraqla baxırlar. Hətta bəyan edirlər ki, bəlkə prosesi yavaşladaq. Amma Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub və bu yoldan dönmək niyyətində deyil. Cənab İlham Əliyev də dövlətimizin başçısı olaraq bu sürətli inkişafın daha da təşəkkül tapmasına öz tövhəvini verəcək».

Millət vəkili daha sonra çıxışlarında qeyd edib ki, Azərbaycan xalqı həmişə Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevi dəstəkləyib. Onun sözlərinə görə, qarşıdan gələn seçkilərdə də Lənkəran camaatının İlham Əliyevə səs verəcəyindən əmindir. «Mən əminəm ki, Lənkəran camaatı birmənalı olaraq İlham Əliyevi dəstəkləyəcək».

Görüşdə çıxış edən ağsaqqallar da öz növbələrində bildiriblər ki, oktyabrın 9-da hamılıqla seçki məntəqələrinə gedərək, ən layiqli namizədə-İlham Əliyevə səs verəcəklər.

Xatırladaq ki, YAP dünən Lənkəranın Liman şəhəri və Boladi kəndində də görüşlər keçirmişdi.

01 02 04 05 07 09 11