Lənkəranda tədbirlər keçirildi

13

 

LƏNKƏRANDA PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU

1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü” Lənkəranda da təntənə ilə qeyd edildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri şəhərimizin mərkəzində yerləşən Heydər Əliyev Xatirə parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib önünə təzə-tər gül dəstələri düzdülər.

 


14

LƏNKƏRANDA BEYNƏLXALQ AHILLAR GÜNÜ QEYD EDİLDİ

 

1 oktyabr – Beynəlxalq Ahıllar Günü Lənkəranda təntənəli surətdə qeyd edildi. Tədbirə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları, ahıl və kimsəsiz şəxslər qatılmışdılar.
Şəhərimizdəki “Veteranlar klubu”nda keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək ahılları Beynəlxalq Ahıllar günü münasibətilə təbrik etdi. Bildirdi ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.
Yaşlı nəsilin problemlərinin həlli şəhər İcra hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Problemlərin həllinə rayonda fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər cəlb olunurlar. Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin rayon bölməsi, rayon Veteranlar Şurası, rayon Ağsaqqallar Şurası fəallıqları ilə fərqlənirlər.
Daha sonra tədbirdə Milli Qəhrəman atası Ələkbər Əliyev, rayon ictimaiyyətinin nümayəndələri və ahıllar çıxış edərək bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər.
Tədbirdə “Qızıl Aypara” Cəmiyyəti Lənkəran rayon bölməsi tərəfindən Böyük Vətən Müharibəsi iştirakçısı, Kənarmeşə kənd sakini, I qrup əlil Məmmədqasım Əkbərova əlil arabası təqdim edildi.
Lənkəran rayon Sosial Müdafiə Mərkəzi tərəfindən 65 nəfərə ərzaq paketi verildi.
“1 oktyabr-Beynəlxalq Ahıllar günü” münasibəti ilə şirniyyat stolu arxasında keçirilən tədbirdə rayon mədəniyyət şöbəsinin bədii kollektivi maraqlı konsert proqramı ilə çıxış etdi.