Lənkəranda yanğın olub

XALQ,AZ xəbər verir ki, Lənkəranda yanğın olub. FHN-in saytında yer alan xəbərə görə, yanğın rayonda ümumi sahəsi 20 m2 olan sexdə baş verib. Nəticədə sexin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və sexin içərisində olan “VAZ” markalı avtomobilin yanar hissələri yanıb. Avtomobilin və sexin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

 

Elgün