Lənkəranda yarmarka keçirilib

74

 

 

Dekabrın 25-də saat 09:00-dan başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Yeni il bayramı ərəfəsində kənd təsərrüfatı və yeyinti məhsullarının satış yarmarkası keçirildi.
Satış yarmarkasının keçirilməsində əsas məqsəd bayramqabağı bazarlarda süni qiymət artımının qarşısını almaq və əhalinin çoxçeşidli ərzaq məhsullarına olan tələbatını ödəməkdir. Yarmarkada səliqə-səhman, fermerlərə və digər satıcılara, eləcə də bazarlıq etməyə gələn rayon sakinlərinə əlverişli şərait yaradılmışdır. Yarmarkada qiymətlərə ŞİH tərəfindən yaradılmış işçi qrupu nəzarət edirdi. Məhsullar bazara nisbətən 25-30 faiz ucuz olmuşdur.
Yarmarka Lənkəran şəhərinin Dəmiryol Vağzalının qarşısındakı meydanda təşkil olunmuşdur. Bayram yarmarkasında Bakı şəhərindən və respublikanın ayrı-ayrı rayonlarından 17, rayonda fəaliyyət göstərən 15 istehsal müəssisəsi və satış firması iştirak edirdi. Yarmarkaya ümumilikdə 426 ton ərzaq və yeyinti məhsulları çıxarılmışdır.
Yarmarka axşam saatlarınadək davam etmişdir.