Lənkəranda yaşlı kişi rəqsi ilə hamını təəccübləndirdi (VİDEO)

Lənkəranda baş tutan konsert proqramında ağsaqqal da öz payını əsirgəməyib.

ANS TV-nin məlumatına görə. ABŞ-ın “Mary McBride Band” qrupunun Lənkərandakı konserti maraqlı görüntülərlə yadda qalıb. Belə ki, qrup “Rock and Roll” musiqilərindən birini ifa edərkən Lənkəran sakinlərindən biri musiqinin təsiri altına düşüb və məhz “Rock and Roll” tərzi rəqs etməyə başlayıb.

Rəqs edən şəxs xeyli yaşa malikdir. Yaşına görə isə rəqsi heç də pis alınmır. Konsertə baxmağa gələnlər də ona əl çalaraq dəstək olurlar.

Elə musiqiçilərin də ağsaqqalın rəqsindən xeyli təsirləndikləri aydın görünür.