Lənkəranda yol yenidən qurulur

lenkaran_2

Lənkəran rayonunun Bala Şürük-Kosalar yolu yenidən qurulur

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə uyğun olaraq Lənkəran rayonunun Bala Şürük-Kosalar yolu yenidən qurulur.
Xalq.azxəbər verir ki, uzunluğu 2 kilometr, eni 7 metr olan yolun artıq 1,5 kilometrinə yüksək keyfiyyətli isti asfalt döşənmişdir.
Ümumilikdə 1700-dən çox əhalinin yararlandığı yolun yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.