Lənkəranlı idmançı Ramin Əzizov dünya reytinq cədvəlinə başçılıq edir

03

 

 

Lənkəran idman məktəbinin yetirməsi Ramin Əzizov Beynəlxalq Taekvondo Federasiyasının noyabr ayı üçün açıqlanan reytinq cədvəlində 80 kq çəki dərəcəsində ən yüksək pilləni tutur.
Azərbaycanlı idmançı dekabr ayında Mançesterdə idmanın taekvondo növü üzrə keçiriləcək ən güclülərin yarışında mübarizə aparmaq hüququ qazanmışdır.
Daha bir Azərbaycan taekvondoçusu Fəridə Əzizova da 67 kiloqram çəki dərəcəsində bu yarışda iştirak etmək şanslarını saxlayır. Yeni reytinq cədvəlində F.Əzizova 11-ci yeri tutur.


Comments are closed.