Lənkaran rayon icra hakimiyyətindən açıqlama

 

lenkaran_2

Lənkaran rayon icra hakimiyyətinin sözçüsü qərəzli jurnalistikanı qınadı

Son zamanlar bir neçə saytlarda Lənkaran rayon icra başçı Taleh Qaraşovla bağlı qərəzli yazılar dərc edtirərək, əhali ilə görüşmədiyini və insanların dərdlərinə laqeyid qaldığı yazılır.
Əslində Lənkaran rayon icra başçısı Taleh Qaraşov yerli əhali ilə mütamadə görüşlər keçirir və onların problemlərinin həll olunması üçün ciddi addımlar atır. Bu məsəllələrin kökünün haradan qaynaq alması və həmin yazıların kimlər tərəfindən saytlara yerləşdirilməsi eləcədə nə məqsəd güdüldüyü hamıya gün kimi aydındı. Elə bu səbəbdən də Lənkaran rayon icra hakimiyətinindən saytımıza açıqlama göndərilib. Bu açıqlamanı olduğu kimi oxuculara təqdim edirik:
“Bəzi saytların gündəlik yazılarında Lənkaran rayon icra başçısı haqqında yanlış yazılar dərc olunur. Onların yazdıqlarına görə Lənkəranda guya aranın qarışdığı barədə tamamilə yalan informasiya yayılıb. Əslində Lənkəranda çox sakit ictimai-siyasi durum, işgüzar ab-hava hökm sürür. Hər yerdə təmizlik, abadlıq-quruculuq işləri davam edir. Şəhərdə yeni su-kanalizasiya, qəsəbə və kəndlərdə qaz xətləri çəkilir, küçələr asfaltlanır, müasir işıqlandırıcılar qüraşdırılırLənkəran şəhərinin inkişafı və əhalinin rahatlığı naminə görülən bu işləri sakinlərin böyük razılıqla qarşıladığı və bu işlərə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdikləri halda görəsən, söhbət hansı araqarışmadan gedir? Əlbəttə, heç bir araqarışmadan söhbət gedə bilməz. Söhbət yalnız çirkin niyyətli insanların məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etmələrindən gedə bilər. Həmi insanlarar da ölkə mətbuatında qərəzli mövqe nümayiş edirirlər. Çünki bu adamlar dərin düşüncəyə malik olmadıqlarından bu cür çızma-qara yalan yazılarla kimləri isə qorxudub istədiklərini catmağa çalışırlar. Məqsədlərinə nail olmadıqda isə qeyri etik ifadələrdən istifadə edirlər.
Biz onlara bir söz deyirik. Sizin cəhdləriniz əbəsdir, hərəkətlərinizdən utanın!. Əgər bu yolla nəsə qazanmaq istəyirsinizsə, bu mümkün deyil. Sizin söylədiyiniz yalan və iftiralara görə Lənkəranda qazanacınız, yalnız əhalinin nifrəti və tənəsi olacaq”.
Xalq.az İnformasiya agentliyi


Comments are closed.