Lavrov Türkiyəyə gedir

Rusiyanın XİN rəhbəri Sergey Lavrov Türkiyəyə səfərə hazırlaşır.

 

XALQ.AZ xəbər verir ki, Lavrov 13-14 avqust tarixlərində Ankarada Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu ilə görüşəcək. Bu barədə Rusiya XİN-inin nümayəndəsi Mariya Zaxarova məlumat verib:

“Sergey Lavrov 13-14 avqust tarixlərində Türkiyənin xarici işlər naziri Mevlub Çavuşoğlunun dəvəti ilə Ankaraya səfər edəcək. Burada Lavrov Türkiyənin beynəlxalq təşkilatlardakı daimi nümayəndələri və səfirlərinin iştirakı ilə keçirilən iclasda iştirak edəcək”.

Zaxarova qeyd edib ki, Lavrov iclasda çıxış edəcək və Çavuşoğlu ilə danışıqlar aparacaq.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.