Leyla Əliyev Marafonda iştirak edəcək

leyla

 

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da aprelin 30-da təşkil olunacaq “Bakı Marafonu 2017”-də iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər arasındadır”.

XALQ.AZ xəbər verir ki, bu barədə Report-un sualını cavablandıran Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Əliyeva deyib.

“Leyla Əliyeva qeydiyyatdan keçsə də, onun marafonda iştirak edib-etməyəcəyini əvvəlcədən dəqiq deyə bilmərik”, – deyə G.Əliyeva əlavə edib.

Mətbuat konfransında o da qeyd olunub ki, bu il marafona qeydiyyat daha erkən tarixdən başladığından daha çox iştirakçının, o cümlədən daha çox əcnəbi vətəndaşın iştirakı gözlənilir.

Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyeva ötən il təşkil olunan marafona qatılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir