Leyla Əliyeva “Ana getmə”

Bəstəkar Sevinc Tofiqqızı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirlərindən birinə mahnı bəstələyib.

XALQ.AZ-ın məlumatına görə, “Mama, ne uxadi!” (“Ana getmə”) adlanan mahnını “Azəri inciləri” vokal qrupu səsləndirib.

S.Tofiqqızı bildirib ki, bəstəni 8 Mart Beynəlxalq Qadınlar günü münasibətiylə yazıb:

“Bu işdə mənə dəstək olan qrupun rəhbəri Gülnarə xanıma və aranjimançı Osman Həmidova təşəkkür edirəm. Mahnını ötən gün Uşaq Yadadıcılıq Mərkəzinin üzvlərinə hədiyyə etdim. Bəstə ilk dəfə İTV-də “Uşaq dünyası” verilişində səsləndirləcək”.