Leyla Əliyeva babasını təbrik etdi – FOTOLAR

Fizika-riyaziyyat elmləri doktoru, akademik, “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektoru, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın atası Arif Paşayevin doğum günü olub.

XALQ.AZ-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva babasını ad günü münasibətilə sosial şəbəkədə təbrik edib.

O, babası və anası ilə olan yeni şəkillərini yayımlayaraq “Sevimli babamı ad günü münasibətilə təbrik edirəm. Hamıya xoşbəxtlik arzulayıram. Çox sağ olun” sözlərini yazıb.

Qeyd edək ki, Arif Mir Cəlal oğlu Paşayevin 84 yaşı tamam olur.

RƏSUL