Leyla Əliyeva uşaqlarla rəqs etdi (FOTO)

L-1

Heydər Əliyev Fondu 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirib. XALQ.AZ-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər. Uşaqlarla görüşən Leyla Əliyeva və Arzu Əliyeva onlarla çay süfrəsi arxasında söhbət ediblər.

Mərasimdə, həmçinin Rusiya Federasiyasının Həştərxan vilayətindən, Bosniya və Herseqovinadan və Pakistandan da qonaqlar iştirak ediblər.
Bayram şənliyində istedadlarını göstərən uşaqlar əylənib, rəqs edib, şeir söyləyiblər.

Mərasimin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla xatirə şəkli çəkdiriblər. Uşaqlara Heydər Əliyev Fondunun bayram hədiyyələri təqdim edilib.

L-8

L-7

L-6

 

L-5

L-4

L-3

L-2

L-1