Məmmədyarov Çavuşoğluyla görüşür

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Bakıda birgünlük səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

 

XALQ.AZ xəbər verir ki, görüş təkbətək formatda keçirilir.

Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi və gücləndirilməsi, eləcə də regional məsələlər barədə müzakirələr aparacaqlar.

 

 

Orxan