Mərhum jurnalistin oğluna öz adını verdilər

XALQ.AZ xəbər verir ki, APA TV-nin mərhum jurnalisti Natiq Qədimovun oğlu dünyaya gəlib. Yeni doğulan körpəyə Natiqin öz adı verilib.

Bu barədə Lenta.az-a məlumatı APA TV-nin baş direktoru Vüqar Hüseynov verib. Qeyd edək ki, bu körpə ötən ilin noyabrında ürək tutmasından dünyasını dəyişən Natiq Qədimovun ikinci övladıdır. Mərhum jurnalist uzun illər televiziya sahəsində çalışıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir