Məşhur müğənni Gəncədə qəzaya düşdü -Təcili xəstəxanaya aparıldı

Картинки по запросу Şəbnəm tovuzluGəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova (Tovuzlu) Bakı-Qazax yolunda qəzaya uğrayıb.
XALQ.AZ məlumat verir ki,  qəflətən qarşılarına çıxan “VAZ 21 07″ avtomobili ilə toqquşan “Mercedes Viano” maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.
Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən – sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir. Müğənninin şok yaşadığı deyilir.
Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı – müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.
Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə “Sərin, sərin” adlı solo konserti baş tutmalı idi
big.az

Scroll to top