Mətbuat Şurası sabahkı mitinqin monitorinqini aparacaq

5

 

Azərbaycan Mətuat Şurası sentyabrın 22-də Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçiriləcək icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə yaradılmış şəraitin monitorinqini aparacaq. SİA-nın verdiyi məlumata görə, bu məqsədlə Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvləri, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçiləri aksiya yerində olacaqlar.

Monitorinq kütləvi informasiya vasitələri nümayəndələrinin prosesi işıqlandırarkən üzləşə biləcəkləri mümkün maneələrin dərhal aradan qaldırılmasına yardımçı olmağı da nəzərdə tutur. Bundan başqa (012) 408 62 75 və (055) 201 99 26 saylı telefon nömrələri də mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərəcək.

Mətbuat Şurası peşə fəaliyyətini yerinə yetirəcək jurnalistlərin icazəli və ya icazəsizliyindən asılı olmayaraq bütün aksiyalara üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə gəlmələrinin tövsiyə edir. Jurnalistlər prosesi işıqlandırarkən hər hansı maneə ilə üzləşdikləri halda bu barədə həm MŞ-nin monitorinq qrupunun üzvlərinə, həm də Şuranın “qaynar xətt”inə məlumat verə bilərlər.