Məcburi köçkünlərin mənzillərlə təmin edilməsi davam etdiriləcək

 

2018-ci ildə yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı ötən illə müqayisədə iki dəfə artırılacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı onu da vurğulayıb ki, sosial infrastruktur layihələrinin icrası davam etdiriləcək, bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq: “Regionlarda və paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək”.

Sənaye məhəllələrinin yaradılması prosesinin davam etdiriləcəyini, kənd təsərrüfatının inkişafı üçün addımların atılacağını, yeni xalça fabriklərinin açılışının nəzərdə tutulduğunu deyən Prezident bildirib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluqla bağlı müsbət nəticələr əldə olunub və bu sahələrə diqqət davam etdiriləcək.