Generallar şəhidimizin yas mərasimində

 

“Bu gün bizim üçün ağır, həm də şərəfli gündür. Biz əsgər Çingiz Qurbanovu itirdik. Amma o, faşistləri məhv edərək həlak oldu. Çingiz Qurbanov dörd erməni əsgərini öldürdü və daha üçünü yaraladı. Çingiz cəmi 20 il yaşadı, amma onun bu ömrü ləyaqətli ömür idi”

 

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bunu hərbi qulluqçu Çingiz Qurbanovun anım mərasimində çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, DTX-nın rəisi Mədət Quliyev bildirib.
Mədət Quliyev Çingiz Qurbanovun valideynlərinə belə ləyaqətli oğul tərbiyə etdiklərinə görə minnətdarlığını bildirib.
“Çingizin fenomeni nədədir? O, ləyaqətli ailədə böyüyüb və onun valideynləri bütün Azərbaycanın fəxr edəcəyi əsl kişi tərbiyə ediblər. Mən bu gün Azərbaycana və Prezidentə sədaqətinə görə Çingizin atasına təşəkkür edirəm. Bəli, ona da, bizim hamınıza olduğu kimi ağırdır, amma onun oğlu faşistləri və işğalçıları məhv edərək öz şəxsi həyatını bizim firavanlığımıza görə qurban verib”, – deyə Mədət Quliyev bildirib.
DTX rəisi, həmçinin qeyd edib ki, Azərbaycan böyük tarixi yol keçən müstəqil dövlətdir.
“Azərbaycan böyük tarixi yol keçib. Ölkə 1991-ci ildə müstəqillik əldə edib. Amma həqiqi müstəqil dövləti biz ümummilli lider Heydər Əliyevin sayəsində 1993-cü ildə qurduq. Onun həyata keçirdiyi siyasət sayəsində Azərbaycan böyük inkişafı yolu keçdi”, – deyə o qeyd edib.
Sonra mərasimdə şeyxülislam Allahşükür Paşazadə çıxış edib. O öz çıxışında Çingiz Qurbanovu şəhid elan edib və onun üçün belə mərasimdə iştirak etməyin böyük şərəf olduğunu bildirib.