Məhəmməd Əlinin əlcəyi rekord qiymətə satıldı

Elcek

Dünya şöhrətli boksçu Məhəmməd Əlinin “Əsrin döyüşü” adlandırılan döyüşdə geyindiyi boks əlcəkləri ABŞ-ın Dallas şəhərində keçirilən hərracda rekord qiymətə satılıb.

XALQ.AZ-ın məlumatına görə, anonim alıcı həmin əlcəklərə 400 min dollar pul xərcləyib.

Söhbət Məhəmməd Əlinin 1971-ci ildə idman lisenziyası ona qaytarıldıqdan sonra çıxdığı ikinci və Co Freyzerlə üz-üzə gəldiyi döyüşgən gedir. Məhəmməd Əli həmin döyüşdə Co Freyzerə məğlub olsa da, 1970-ci illərdə sonrakı iki döyüşlərdə qələbə qazanmışdı.