Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır – Dəyişiklik Milli Məclisdə

meclis20160429
Azərbaycan Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır. Şuraya məhkəmələrin fəaliyyəti ilə bağlı yeni səlahiyyət verilir.
Bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 11-ci (Məhkəmə-Hüquq Şurasının vəzifələri) maddəsinə yeni bənd təklif edilir.
Bəndə görə, Məhkəmə-Hüquq Şurası məhkəmələrin ərazi yurisdiksiyasını da müəyyən edəcək. Hazırda mövcud qanunvericiliyə görə, şura bununla bağlı yalnız təklif vermək səlahiyyətinə malikdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.