Məkkədə dəvə kəsmək qadağan edildi

Deve

Məkkəyə bu il həcc səfəri edəсək müsəlmanlara dəvə qurbanı kəsmək qadağan edilib.

XALQ.AZ-ın məlumatına görə, bu, MERS-CoV koronavirusunun (“dəvə qripi”nin) yayılması ilə bağlıdır. Bu təklif Səudiyyə Ərəbistanının səhiyyə nazirliyinə bir qrup alim tərəfindən edilib.

Səudiyyədə MERS-CoV virusu peyda olandan 721 nəfər xəstələnib, onlardan 297 həlak olub. 2012-ci ildən bu qrip insanlar üçün patogen sayılır. Alimlərin araşdırmasına görə, qrip birhürgəcli dəvələr tərəfindən yayılır.

Hər il həcc zamanı Məkkədə 1,3 milyona yaxın heyvan – qoyun, keçi, dəvə və inək kəsilir. Həcc ay təqvimi ilə Zül-Hiccə ayının ilk günlərində həyata keçirilir. Bu il oktyabr ayına düşür.