Məmmədovun avtomobili sərhəddə saxlanıldı-Həbs olunanlar var

Türkiyədə şəxsi avtomobili ilə Gürcüstanı keçərək qaçmağa çalışan Azərbaycan vətəndaşları saxlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Türkgözü Sərhəd keçid məntəqəsinə daxil olduqdan sonra yoxlanışdan yayınan sürücü idarə etdiyi 99-KD-557 dövlət nömrə nişanlı avtomobilin sürətini artıraraq qaçmağa çalışıb. Ona xəbərdarlıq edilməsinə baxmayaraq avtomobili saxlamayıb. Nəticədə Türkiyə polisi silaha əl atmalı olub.

Türkiyənin Posof Mahalında avtomobilin qarşısı ağır tonnajlı maşınla kəsilərək onun saxlamaq mümkün olub.

Biri qadın, dördü kişi olmaqla Azərbaycan vətəndaşları saxlanılıb. Onların Türkiyəyə girişi qadağan edildiyindən qanunsuz yolla sərhəddi keçiblər.

Hadisə ilə bağlı istintaq davam edir.

Unikal.org-un apardığı araşdırmaya görə, 99-KD-557 dövlət nömrəli avtomobil Məmmədov Sərvər Fəxrəddin oğlunun adına qeydiyyatdadır.

 

Məmmədov 99-KD-557 avtomobili ilə ölkədən qaçmaq istədi