Məmmədyarov reytinq cədvəlində irəlilədi

Sehriyar

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin tərtib etdiyi şahmatçıların aylıq reytinq cədvəlində 6 pillə irəliləyib.

XALQ.AZ-ın məlumatına görə, həmyerlimiz hazırda 12-ci pillədə qərarlaşıb. Ölkələrin reytinq cədvəlində Azərbaycan 163 ölkə arasında 13-cü pillədədir.
Dünyanın ilk 100 ən güclü şahmatçıları arasında 4 həmyerlimiz yer alıb. Təmsilçilərimizdən ən yüksək reytinqə malik Şəhriyar Məmmədyarov 6 pillə irəliləyərək 2756 beynəlxalq əmsalla 12-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov 2717 əmsalla 33-cü , Rauf Məmmədov 2660 əmsalla 93-cü və Eltac Səfərli isə 2655 əmsalla 100-cü pillədə qərarlaşıb.

Sürətli şahmat üzrə Dünyanın ən güclü şahmatçıları siyahısında beynəlxalq qrossmeyster Teymur Rəcəbov 2776 əmsalla 11-ci, Şəhriyar Məmmədyarov isə 2739 əmsalla 22-ci pillədədir.

Blits üzrə isə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 2824 əmsalla 6-cı, Rauf Məmmədov 2767 əmsalla 3 pillə irəliləyərək ilk onluqda qərarlaşıb.Teymur Rəcəbov isə 2715 əmsalla 33-cü yerdədir.

Səbinə İbrahimova (beynəlxalq usta), Günay Məmmədzadə (beynəlxalq usta), və Nərmin Xələfova (FİDE ustası) da 100 ən güclü şahmatçı qızların siyahisinda yer alıblar.

Oğlanlar arasında beynəlxalq qrossmeysterlər Nicat Abasov, Ülvi Bacarani və beynəlxalq usta Zaur Məmmədov 100 ən güclü gənc şahmatçılar siyahısındadır.