Mən sevişmək…

Xalq artisti Nəzakət Teymurovanın doğum günüdür.

Təəssüratlarını bölüşən sənətçi rəqəmlərin onun üçün heç bir əhəmiyyət daşımadığını bildirib:

“Rəqəmlər boşdur, hələ ki məni qorxutmur. Nə vaxt rəqəmlər məni qorxutsa, onda deyəcəm. Əsas odur ki, həyatımı doya-doya yaşayıram, sevdiyim işim, səhnə adamı kimi məni sevən insanlar var”.

İlk hədiyyəsini qızından alan xalq artisti həyat yoldaşından hədiyyəsini gözləyir:

“Qızım səhər mənə çiçək dəstəsi və tort hədiyyə etdi. Elə bildim, dünyaları mənə verdilər. Hədiyyənin bahalı, ya ucuz olması önəm daşımır. Önəmli olan sənə verilən dəyərdir. Həyat yoldaşımdan isə hədiyyəmi hələ almamışam, sürpriz edəcək. Bəzən deyirlər ki, qadını gözəlləşdirən sevgidir. Sevgi uşaqlıqda olur, 16 yaşımız yoxdur ki, sevişək”.