Mənim və Şeyxin Çexiyada evi yoxdur

cavan
Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısı Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsusdur.
Bu haqda “Açıq Rusiya” təşkilatının saytı məlumat yayıb.
Araşdırma zamanı bəlli olub ki, Karlovı Varıdakı elit daşınmaz əmlak sahibləri arasında Azərbaycandan olan tanınmış simalar da var.
Belə ki, burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, onun deputat qardaşı, Cavanşir Paşazadənin və digər deputat Adil Əliyevin də adları var.
Modern.az saytı adı Çexiyadakı mənzil sahibi olmaqda hallanan şəxslərlə əlaqə saxlamağa çalışıb.
Milli Məclisin deputatı Cavanşir Paşazadə özü və qardaşı haqqında yayılan məlumata münasibət bildirib: “Allah köməkləri olsun ki, həmin yerdə mənim də adımı qeyd ediblər. Mən hara, Çexiyada mənzil almaq hara! Yalan xəbərdir. Qardaşım haqda yazılan da yalandır.”.