Mənsimovdan futbolçulara cəza

 

51

Lənkəranın “Xəzər Lənkəran” klubunun rəhbərliyi futbolçularının maaşını kəsib. 

Klub rəhbərliyi aprel ayı üçün oyunçularına maaş verməyəcək.

Bunun konkret səbəbi bəlli deyil. Çox güman ki, ötən ayda komandanın uğursuzluğa düçar olması, pis nəticələr göstərməsi klub rəhbərliyinin də səbrinin tükənməsinə gətirib çıxarıb.

Xatırladaq ki, ”Xəzər Lənkəran” klubunun sahibi Türkiyədə yaşayan iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdur. Milyarder klubun fəxri prezidenti postunu tutur. Klubun prezidenti isə onun qardaşı Mais Mənsimovdur. Onu da yada salaq ki, Mübariz Mənsimov “Xəzər Lənkəran” klubuna ildə 20 milyon dollar sərmayə yatırmasına rəğmən komandanın çox pis oyun nümayiş etdirməsindən narazılığını bir neçə dəfə açıq mətnlə bəyan edib. /Futbolinfo.az/