Mərkəzdə yol bağlandı

 

yol

Bakının əsas yollarından biri təmirlə əlaqədar bağlanır. “Azəryolservis” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, sentyabrın 5-dən 6-na keçən gecə, saat 00:00-dan Tbilisi prospektinin Salamzadə ilə küçəsi ilə kəsişməsindən “20 Yanvar” qovşağına qədər olan hissəsi bağlanacaq. Alternativ yol kimi Tbilisi prospektindən gələn nəqliyyat vasitələri Salamzadə küçəsinə dönməklə C.Məmmədquluzadə küçəsi (keçmiş Papanin küçəsi) istiqamətinə, oradan 3-cü mikrorayon dairəsi, daha sonra 20 yanvar istiqamətində hərəkət edə bilərlər. Hava şəraiti normal keçərsə, təmir işlərinin 5-6 günə başa çatdırılması planlaşdırılır.


Comments are closed.