Məşhur müğənni Bakıya gəlir

2

2014-cü il 4-7 iyun tarixlərində Yuqoslaviya və Serbiyanın xalq artisti, tanınmış estrada müğənnisi Radmila Karaklaiçin Bakıya səfəri nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, R.Karaklaiç XX əsrin 1960-1980-ci illərində dəfələrlə Azərbaycanda qastrol səfərində olub. O zamanlar sənətçinin konsertləri böyük uğur qazanıb, pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb.

Səfərin Azərbaycan və Serbiya arasında mədəni əlaqələrin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq müğənni üçün maraqlı səfər proqramı hazırlanıb