Məşhur müğənni həbs edildi

R.Kelly adı ilə tanınan amerikalı müğənni, prodüser, keçmiş basketbolçu Robert Silvester Kelli həbs edilib.
XALQ.AZ  xəbər verir ki, müğənni cinsi zorakılıqda ittiham edilir və ona qarşı 10 maddə üzrə cinayət işinə start verilib. 52 yaşlı R.Kelly Çikaqo polisi tərəfindən saxlanılıb və bu gün məhkəmə qarşısına çıxarılacaq. Müğənninin vəkili bildirib ki, Kelly ittihamlardan sonra şoka düşüb və bütün iddiaları rədd edir.
Orxan