Məşhur Naxçıvanlı iş adamı obyektin satışa çıxardı

 

vezi

Azərbaycanda 12 milyon manat dəyərində şadlıq evi satışa çıxarılıb.

Son vaxtlar şadlıq evlərinin satışa çıxarılması, sənət adamları arasında toyların olmaması ilə bağlı söhbətlər gəzir.

XALQ.AZ xəbər verir ki, araşdırmalara görə, indi Bakının 2 məşhur şadlıq sarayı satışa çıxarılıb.
Söhbət Yasamal rayonunda yerləşən “Filiz” Şadlıq Sarayı və 8-ci kilometrdəki “Şərq Saray”dan gedir.
Məlumata əsasən, ümumi sahəsi 18 sot olan “Filiz” şadlıq sarayı “Quzu” restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan “Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir.
“Şərq Saray” ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə daha artıqdır – 12 milyon manata satışa çıxarılıb.
Qeyd edək ki, Şərq sarayının sahibi əslən Naxçıvanlı olan məşhur iş adamı  İman Quliyevdir. İ.Quliyev çoxsaylı obyektlərin – “Romanc” Palas şadlıq evi, “Şərq Saray” şadlıq evi, “Xalqlar Dostluğu” ticarət mərkəzinin, “Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Eyni zamanda tikinti sektorunda da ciddi payı var.
SHERG SARAY
Obyekt, Nizami r. — фото №2
Obyekt, Nizami r. — фото №5
satılan obyektin linki;  http://tap.az/all/real-estate/commercial-real-estate/2525629