Məşhur neft jurnalı Azərbaycandan yazdı

 

 

46

“BP Qlobal Jurnal”ı Əsrin Müqaviləsinin 20 illiyinə həsr edilən məqalə yayımlayıb

 

Nüfuzlu neft jurnalı olan, “BP Qlobal Jurnal” Azərbaycan iqtisadiyyatındakı sürətli inkişafdan yazıb.
ANS PRESS-in məlumatına görə, Londonda nəşr edilən və dünyanın əksər ölkəsində yayılan “BP Qlobal Jurnal”ı Əsrin Müqaviləsinin 20 illiyinə həsr edilən məqalə yayımlayıb. Məqalədə deyilir ki, sentyabrda Azərbaycan ilə BP və 10 başqa beynəlxalq neft şirkətləri arasında ölkənin Xəzər Dənizindəki hidrogen resurslarının işlənməsi ilə bağlı əsas müqavilənin imzalanmasından 20 il keçir. “Əsrin Müqaviləsi” adlandırılan bu müavilə Azəri, Çıraq və Günəşli yatağından dərin su sahəsində üç əsas neft yatağının işlənməsini həyata keçirərək post-Sovet erasında milli iqtisadiyyatın inkişafı üçün təməl nöqtəsi oldu.
“BP Qlobal Jurnalı” 1994-cü ilin sentyabrın 20-si tarixinin nə üçün vacib olması ilə bağlı Azərbaycanln müstəqil iqtisadi beyin mərkəzi olan İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri və yaradıcısı Vüqar Bayramov ilə söhbət edib.
“BP Qlobal Jurnalı”nın Vüqar Bayramov ilə müsahibəsini təqdim edirik:
BP Global Jurnal: 1994-cü ilə, geriyə baxanda o zaman Azərbaycan yaşamaq və biznes ilə məşğul olmaq üçün necə ölkə idi?
-“Keçmiş SSRİ dağılandan sonra Azərbaycan ciddi tənəzzül ilə üz-üzə idi: 1994-cü ildə iqtisadiyyat əvvəlki ilə nisbətən 12 faiz azalıb. Azərbaycanın qısa zamanda böhrandan çıxa biləcəyi o zamanlar sadəcə bir arzu idi. Orta aylıq əmək haqqı cəmi 15 ABŞ dollar olan Azərbaycanda yoxsulluq həddi pik səviyyəsinə çatmışdı. Cəmi 100 milyon ABŞ dollar məbləğində illik dövlət büdcəsi olan ölkəmizdə əmək haqqıların və pensiyaların verilməsi aylar ilə yubanırdı. Bu da özünü yüksək işsizlik səviyyəsində və əmək qabiliyyətli əhalinin bir qisminin o zaman ölkəni tərk etməsində göstərirdi.
“Əsrin Müqaviləsinin” imzalanması mərasimində BP-nin o zamankı icraçı direktoru Con Braun bildirmişdir ki, bu investisiyalar Azərbaycan üçün yeni imkanlar açacaq. Bu nə dərəcədə reallaşdı?
– ““Əsrin Müqaviləsi” Azərbaycan iqtisadiyyatında sürətli inkişafın müşahidə edilməsində həlledici dönüş nötqəsi oldu. Son 20 il ərzində ölkənin ÜDM-i 16 dəfəyə yaxın artaraq 75 milyard dollar yüksəldi. Ölkənin qeyri-neft sektoru 10 dəfə artaraq 1994-cü ildə 3.8 milyard ABŞ dollarından 2013-cü ilin yekunlarında 38.5 milyard ABŞ dollarına çatdı. Bu müqavilə eyni zamanda ölkəyə daxil olan investisiyaların həcmində kəskin artımlar ilə müşahidə edildi. Belə ki, bu dövrdə ölkə iqtisadiyyatına 108 milyard ABŞ dolları həcmində investisiya yönəldi ki, bunun da bunun da 43.4%-i və yaxud 46.6 milyard dolları xarici investisiyaların payına düşüb. Başqa tərəfdən, bu müddətdə ölkə iqtisadiyatına cəlb edilən xarici investisiyaların 45.3%-i və yaxud 21.1 milyard manatı qeyri-neft sektorunun payına düşüb. Bu isə Azərbaycan üçün yeni imkanların açıldığını göstərir.
Azərbaycanın neft sektru çox böyük tarixə malikdir, bununla yanaşı, yeni neft erasında ölkənin beynəlxalq biznes tərəfdaşlar ilə əməkdaşlığında hansı üstünlüklər var idi?
– “Yeni neft erası Azərbaycan üçün yeni imkanlar və üstünlüklər açdı. Əvvəlla, Azərbaycan yeni neft erasında etibarlı tərəfaş kimi beynəlxalq şirkətlər ilə yeni münasibətlər və əməkdaşlıq qura bildi. İkincisi, bu Azərbaycana imkan verdi ki, xarici tərəfdaşları əməkdaşlıq etməklə yeni texnologiyanı və innovasiyanı neft sektoruna cəlb edə bilsin. Üçüncüsü, yeni neft erası qeyri-neft sektoruna sərmayənin cəlb edilməsi üçün yeni imkanlar yaratdı. Xarici investisiyalar yalnız neft sektoruna deyil, eyni zamanda alıcılıq qabiliyyəti yüksələn qeyri-neft sektoruna da yönəlməyə başladı. Nəhayət, bu əməkdaşlıq Azərbaycanın regionda aparıcı mövqeyə malik olan ölkələr sırasına çıxmasına və investor ölkəyə çevrilməsinə səbəb oldu”.
Ölkəniz hal-hazırda dünyanın ən sürətli inkişaf edən ölkələrindən biridir, bu inkişafda başqa sektorlar hansı rola malikdir?
– “Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkə hökuməti qarşısında iqtisadiyyatın diversifikasiyaını əsas prioritet kimi müəyyənləşdirib. Azərbaycan hökuməti neftdən kənar sektorlardan informasiya komunikasiiyası, turizm və kənd təsərrüfatını prioritet sektorlar kimi elan edib. Eyni zamanda, Ölkə Presidentinin 2014-cü ili sənaye ili elan etməsi qeyri-neft senaye sektoruna diqqətin artırılmasına səbəb olub. Təbii ki, neft yenə də Azərbaycan iqitsadiyyatında əsas istiqamətdir. Bununla belə, son 5 ildə iqtisadi artım eyni zamanda, iqtisadiyyatın şaxələnməsi ilə müşahidə edilib. Baxmayaraq ki, 2010-cu ildən neft sektorunda azalma müşahidə edilsə də bu azalmalar ÜDM-dəki artım tempini azaltmayıb. Belə ki, qeyri-neft sektorunda 2010-cu ildən başlayaraq kəskin artımlar olub ki, bu da məhz ÜDM-dəki ümumi artım tempini qoruyub saxlayıb. Eyni zamanda əgər 2013-cü ilin büdcəsində qeyri-neft sektorunun payı təqribən 25 faiz idisə, 2014-cü ildə bu pay 35 faizədək yüksələcək. ÜDM-də qeyri-neft sektorunun payı 62 faizədək artacaq. Bu isə Azərbaycanda diversifikasiya prosesinin başladığndan xəbər verir. Azərbaycanda iqtisadi diversifikasiya və neftdən asılılığın aradan qaldırılması post-neft dövründə dayanıqlı iqtisadi inkişaf üçün olduqca əhəmiyyətlidir”.
Dövlət Neft Fodu ölkənin gələcəyi üçün niyə əhəmiyyətli hesab edilir?
– “Dövlət Neft Fondunun yaradılması ideyası Azərbaycanın milli lideri Heydər Əliyevə məxsusdur. Bu fondu yaratmaqla Azərbaycan hökuməti həm gəlirlərin bir hesabda toplanması və bu aspektdən xərcləmələrdə səmərəliyin artırılmasına nail olmağa çalışmaqla yanaşı eyni zamanda vəsaitlərin gələcək nəsillər üçün saxlanmasını siyasətini həyata keçirir. Mövcud əsasnaməyə görə, neft gəlirlərinin ən azı 25 faizi gələcək nəsillər üçün qorunub saxlanılacaq. Bu isə neftin pullarının sadəcə neft hasilatı dövründə xərclənməsinin qarşısının alınması üçün olduqca vacibdir. Hal-hazırda Dövlət Neft Fondu tərəfindən vəsaitlərin ölkə xaricində idarə edilməsi ilə yanaşı ölkə daxilində də səmərəli xərclənməsinə və şəffaflığın artırılmasına nəzarətin gücləndirilməsi mümkün olmuşdur. Bu baxımdan, neft fondunun yaradılması Azərbaycanın gələcəyi baxımdan olduqca əhəmiyyətli addım idi.
Azərbaycanın hidrokarbon sənayesinin inkişafını növbəti 20 ildə necə qiymətləndirirsiniz?
– “Azərbaycan enerji ölkəsi olaraq yaxın 20 ildə də bu sahədəki mövqeyini qoruyub saxlaya biləcək. Təbii ki, Hasilatin Pay Bölgüsünə uyğun olaraq 2017-ci ildən sonra neft hasilatında azalma proqnozlaşdırılır. Bununla yanaşı, Şhah Denizin 2-ci fazasının istifadəyə verilməsi mavi qaz hasilatını və ixracatını artıracaq ki, bu da ölkənin təbii resursların satışından əldə etdiyi gəlirin həcmini xeyli dərəcədə balanslaşdıracaq. 2013-cü ildə Azəraycanda 43.5 milyon ton neft, 29.5 milyard kub metr mavi qaz hasil edilib. Shahdənizin 2-ci fazası istifadəyə verildikdən sonra qaz hasilatının ilik 40 milyard kub metrədək yüksəlməsi gözlənilir. Eyni zamanda, 2022-ci ildə ölkəmiz Abşeron yatağından mavi qaz hasil etməyi planlaşdırır. Bu isə artıq yaxın illərdə Azərbaycanda mavi qaz mərhələsinin formalaşacağından xəbər verir. Bununla yanaşı, 1994-cü ildə bağlanan müqavilənin bitmə müddətinin də uzadılması olduqca vacibdir. Bununla Azərbaycan hələ uzun müddət neftdən daxil olmaları qoruyub saxlaya bilər”.
57