Mətanət əsəbləşdi – Video

Aparıcı Mətanət Əliverdiyeva əməliyyat olunması haqda bu gün mediada yayılan xəbərlərə sərt münasibət bildirib.

XALQ.AZ xəbər verir ki, sosial şəbəkədə video paylaşan Mətanət bu informasiyanı təkzib edib və həmin jurnalistlərə qəzəblənib:

“Çox qəribədir. Verilişdə idim, görürəm saytda yazıblar ki, Mətanət ağır əməliyyat keçirib, tərpənə bilmir. Tərpənə bilməyən insan işə gəlir, kameranı götürüb çəkilişə gedir? Bu dezinformasiyanı yayan kimdir? Kim ki, məni istəmir, Mətanətin daşı düşsün onun başına. Mətanət işdədir.  Hazırda da “5 gəlin”in çəkilişindədir. Savadsız saytlar və savadsız jurnalistlər, belə getsə, bu peşənin axırı olmayacaq. Bu, jurnalistlərin hamısına həvalə olunmur”.

 

 

Orxan