“Mətanət İsgəndərli tramvay sürücüsü olub”

 

2

“Evdəyik” verilişinin aparıcısı Ülvira Qarayeva maraqlı açıqlaması ilə yadda qalıb

 

XALQ.AZ Gecce.az-a istinadən xəbər verir ki, xanım aparıcı müğənni Mətanət İsgəndərli haqqında bir faktı açıqlayıb:
“Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, Mətanət İsgəndərli tramvay sürən imiş. O, müğənnilikdən qabaq bu işlə məşğul olub”.
Verilişdə qonaq olan meyxanaçı Samirə isə teleaparıcının həmin açıqlamasına belə cavab verib:
“Mətanəti bilmirəm, ilk dəfədir sizdən eşidirəm. Amma bir müğənnimiz var, Roza Rəhimli. O, efirlərə də çıxırdı. Roza xanım tramvay sürən idi”.