Mətbuat Şurasına görüş keçirilib

 

 

Türkiyənin ölkəmizdəki Səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz və Türkiyənin TRT telekanalının Azərbaycan nümayəndəliyinin rəhbəri Murat Akkoç Mətbuat Şurasında olublar.

Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyənin və Azərbaycanın media qurumlarının hər iki ölkənin ortaq dəyərlərinin, ümumilikdə türk dünyasının ortaq dəyərlərinin yaşadılmasında mühüm səmərəli işlər gördüklərini vurğulayıb. Bunun ənənəyə çevrildiyini diqqətə çatdıran Ə.Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməsinə dair məlum Sərəncamı qarşılıqlı fəaliyyəti üçün yeni perkpektivlər açır. Çünki Xalq Cümhuriyyəti xadimlərinin həyat  və yaradıcılığında Türkiyə mühüm yer tutub.

Фото Azerbaijan Press Council.

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri H.Karadəniz təmsil olunduğu diplomatik missiyanın Mətbuat Şurası ilə sıx əməkdaşlığından söz açaraq bunun bir sıra faydalı tərəflərinə toxunub. Türkiyənin TRT telekanalının Azərbaycan nümayəndəliyinin rəhbəri M.Akkoç da eyni fikri davam etdirərək vurğulayıb ki, təmsil olunduğu media qurumu iki qardaş ölkənin media orqanları arasındakı münasibətlərin səmərəliliyini daha da artırmağın zəruriliyini qəbul edir və fəaliyyətini mövcud istiqamətdə qurmağa tam hazırdır.

Фото Aflatun Amashov.

Görüşdə hər üç qurumun Xalq Cümhuriyyəti ili çərçivəsində qarşılıqlı fəaliyyətinin koordinasiya edilməsinin vacibliyi önə çəkilib və bildirilib ki, bu baxımdan birgə konfransların, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 illiyi ilə əlaqədar müxtəlif aksiyaların, Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə jurnalist səfərlərinin təşkili mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdəki müxtəlif məqamların dəqiqləşdirilməsi üçün müzakirələri davam etdirmək qərara alınıb.Фото Azerbaijan Press Council.