Mətbuat Şurasında ESISC təmsilçisi ilə görüş keçirilib

matbuat surasi

Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) baş katibinin müavini Vilyam Rasimora ilə görüş keçirilib.

“Qafqazinfo”ya MŞ-dan daxil olan məlumata görə, qonağı salamlayan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Mətbuat Şurasının fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. M.Ələsgərli bildirib ki, Azərbaycan Mətbuat Şurası medianın özünütənzimləmə orqanıdır. Təşkilatın İdarə Heyətinin tərkibi jurnalistlərin qurultaylarında formalaşır. MŞ jurnalistlərin yaratdıqları qurum olduğundan aidiyyatı məsələlərlə əlaqədar ölkənin media ictimaiyyətinin mövqeyini ifadə edir. Buna görə də Avropa ekspertlərinin Şura ilə müzakirələr aparması Azərbaycan mediası ilə bağlı dolğun obyektiv rəyin formalaşmasının təminatı baxımından önəmlidir.