Maaşlar artdı-Sərəncam-Rəsmi

prez

 

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

XALQ.AZ  məlumat verir ki, “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib:

 

 

 

Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:
rəhbər 365
rəhbərin müavini 345
sektor müdiri, baş mühasib 315
baş məsləhətçi 290
böyük məsləhətçi 285
aparıcı məsləhətçi 280
məsləhətçi 275

Scroll to top