Maaşlar artırılır

Azərbaycanın əmək bazarında şəffaflığın artması nəticəsində 2021-ci ildə ölkədə orta aylıq əmək haqqının məbləğinın 727 manata yüksələcəyi proqnoz edilir.

XALQ.AZ  xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə büdcə müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə ölkədə orta aylıq əmək haqqı 702 manat təşkil edib.