Mafia lideri hamını heyran qoydu (FOTO)

V-6

Mafia başçısı sosial medianın fenomeni olub. XALQ.AZ-ın məlumatına görə, Meksikada son illərdə ABŞ-la birgə keçirilən əməliyyatlar nəticəsində bir çox mafia liderləri öldürülüb və ya həbsxanaya göndəriliblər. Bir çox qruplaşma liderini itirib.

Belə qruplaşmalardan biri də Sinoloa karteline bağlı Antraks qrupudur. Qruplaşmanın yeni lideri cazibədar qadındır. Mətbuat onu “Antraks İmperatritsa” adlandırır. Əsl adı isə Klaudia Ochoa Felixdir.

Bu 27 yaşlı qadının internetin fenomeni olmasına səbəb isə hər fürsətdə Tvitter ve Youtube -dakı hesablarında şəkillər paylaşmasıdır. O, lüks həyat tərzi, bahalı maşınları, zinət əşyaları, kolleksiyaları ilə diqqəti cəlb edir.

27 yaşlı Klaudianın ötən il Hollandiyada saxlanılan və ABŞ-a verilməsi planlaşdırılan Radriqo Arechiqa Qamboanın yerinə keçdiyi deyilir.

Qeyd edək ki, Sinoloa Meksikanın ən qorxulu və böyük narkotik kartellərindən biridir.

V-2

V-3

V-4

V-5

V-6

V-7

V-8