“Makdonalds”da atışma – Bir polis öldü

10

 

Moskvada “Makdonalds”da cinayətkarları tutmaq istəyən cinayət axtarışı idarəsinin əməkdaşlarına atəş açılıb.

Hadisə nəticəsində bir polis əməkdaşı öldürülüb, biri isə yaralanıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, inisident bu gün baş verib.

Polislərə atəş açan 3 nəfər şəxs həbs olunub. İlkin məlumatlara görə, onlar fırıldaqçılıqda ittiham olunaraq, axtarışda olublar.

Yaralanan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Moskva polisinin açıqlamasına görə, məlumat saat 12:30 radələrində daxil olub və hadisə yerinə çoxlu sayda polis əməkdaşları göndərilib.