Maliyyə inklüzivliyinin gücləndirilməsi yönündə növbəti addım

24 aprel 2018-ci il, Bakı – Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

XALQ,AZ xəbər verir ki, Palata tərəfindən yaradılmış İşçi Qrupuna daxil olan təşkilatların birgə fəaliyyəti nəticəsində “Günay Bank” ASC təmsil olunduğu “Sumqayıt ASAN” mərkəzində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlər üzrə nağdsız ödənişlərin aparılması üçün POS-terminal quraşdıraraq vətəndaşların istifadəsinə təqdim etmişdir. Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və bir sıra büdcə ödənişlərinin nağdsız formada ödənilməsi artıq mümkündür.

Digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.
Media orqanları əlavə məlumat almaq üçüwww.fimsa.azsəhifəsi və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.

 

Elgün