Mariya Stadnik Avropa çempionatının finalında

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

XALQ.AZ xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

Komandamızın lideri Mariya Stadnik (50 kq) finala yüksəlib. Güləşçimiz finalda Rumıniya idmançısı Emilia Vuçla qarşılaşacaq.

Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir