Mariya Zaxarova Bakıda

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya ZaxarovaAzərbaycana gəlib.

XALQ.AZ xəbər verir ki, o, “Jara” Beynəlxalq Festivalında iştirak edir.

Mariya Zaxarova rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib.

Rusiya XİN-in sözçüsü deyib ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün Bakıya gəlib və müzakirələr sabah keçiriləcək.

“Bu gün Bakıda keçirilən festivaldan çox məmnunam”, – Zaxarova deyib.

 

 

Orxan