Mark Zukerberq başına buzlu su tökdü (VİDEO)

Facebook-un qurucusu Mark Zukerberq qeyr-adi hərəkəti ilə gündəmə gəlib.

XALQ.AZ-ın məlumatına görə, Mark ALS adlı xəstəliyə qarşı diqqət çəkmək üçün bir vedrə dolu buzlu suyu başından aşağı boşaldıb. Nyu Cersi qubernatoru Kris Kristi tərəfindən başından aşağı buzlu su tökməyə dəvət edilən Mark bu təklifə razılıq verib.

Facebookun qurucusu Mark Zukerberq Bill Qeyts (“Microsoft”un qurucusu), Şerl Sandberq (“Facebook” vitse-prezidenti) və Rid Hastinqsə (“Netflix” vitse-prezidenti) meydan oxuyub və onlara 24 saat müddət verib. Mark onlara üzünü tutaraq “ya 24 saat ərzində lazım olanı edərsiniz, ya da ALS vəqfinə 100 $ hədiyyədə edərsiniz” deyərək dostlarına səslənib.

Vedrəni başından aşağı boşaltdıqdan sonra Mark bir anlıq donub qalıb. Bu videonu izləyən Bill Qeyts idə bir qurğu düzəldmək qərarına gəlib. Həmin qurğu ilə suyu başından aşağı tökən Qeyts Zukerberqin istəyini yerinə yetirib.

Qeyd edək ki, bu addımın əsas məqsədi əslində ALS adlı xəstəliklə bağlı cəmiyyətdə fikir yaratmaqdır. ALS sinir hüceyrələrinin (neyronların) itkisindən irəli gəlir. Xəstəlik əzələlərdə gücsüzlük və əriməyə gətirib çıxarır, lakin zehni funksiyalarda və yaddaşda hər hansı bir pozulma ortaya çıxmır.