Marneulidəki azərbaycanlıların torpaq problemi həll olunur

Gürcüstanda, soydaşlarımızın yığcam yaşadıqları Marneuli rayonunda torpaq problemləri var.

XALQ.AZ  xəbər verir ki, Marneuli rayon meriyasından bildiriblər ki, Gürcüstanda həyata keçirilən torpaq islahatları zamanı azərbaycanlılar da torpaq sahəsi alıblar. Lakin onların bir çoxunun torpağı qanunsuz olaraq əllərindən alınıb. Son günlər Marneuli merinin müdaxiləsindən sonra onlarla azərbaycanlının torpaq problemi həllini tapıb və bu proses davam edir.

Mer Temur Abasov jurnalistlərə müsahibəsində bütün imkanları daxilində azərbaycanlıların problemlərinin həllinə çalışacağını bildirib.

Temur Abasov deyib: “Bu gün Marneulidə yaşayan azərbaycanlıların torpaq və digər sosial problemləri var. Mən öz səlahiyyətlərim daxilində onların həllinə çalışıram. Deyə bilərəm ki, artıq bəzi problemləri həll edə bilmişik”.

Qeyd edək ki, bu gün Marneulidə 128 mindən çox əhali yaşayır. Onların da 86,4 faizini azərbaycanlılar təşkil edir.