Masallı sakini Bakıda qətl törətdi (VİDEO)

Bakıda bir nəfər bıçaqlanaraq öldürülüb.

ANS TV-nin məlumatına görə, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydə alınıb. Bu barədə rayon polis idarəsinə məlumat “Azərsutikinti” xəstəxanasında verilib və bildirilib ki, naməlum şəxs bıçaqla Bakı şəhər sakini 21 yaşlı Cəfər Ədalət oğlu Teymurova xəsarət yetirilib. O, aldığı xəsarətdən xəstaxanada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü Şahnamiq Məmmədhəsən oğlu Hüseynov ilkin dindirmə zamanı əməlini etiraf edib.

Ş.Hüseynov C.Teymurov kameranın qarşılığında borc verdiyi pulunu istəyəndə yox cavabı alıb. Bu isə narazılığı daha da artırıb. Cəfər israrla kameranı, Şahnamiq isə pulunu tələb edib. Söhbətin sonunda C.Teymurov nalayiq ifadələrə keçib, hətta əlbəyaxa dava da olub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.